Ana Sayfa > Karusel / Region > Rusiya XİN Blinkenin KTMT-nin Qazaxıstandakı rolu ilə bağlı bəyanatını kobudluq adlandırıb
Rusiya XİN Blinkenin KTMT-nin Qazaxıstandakı rolu ilə bağlı bəyanatını kobudluq adlandırıb8-01-2022, 09:06. Yazar: Admin |
Rusiya Xarici İşlər Nazirliyi ABŞ dövlət katibi Entoni Blinkenin Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatının (KTMT) Qazaxıstandakı rolu ilə bağlı bəyanatını kobudluq adlandırıb. Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya XİN-in “Telegram” kanalında bildirilib Qeyd edilib ki, ABŞ dövlət katibi Entoni Blinkenin Qazaxıstanda “rusların” rolu ilə bağlı açıqlamaları kobudluqdur: “Yanvarın 7-də ABŞ-ın dövlət katibi Entoni Blinken Qazaxıstanda baş verən faciəvi hadisələrlə bağlı tipik məzəmmətlə zarafat edib. Blinken “Qazaxıstan rəhbərliyinin təhlükəsizliyin təmin edilməsində yardım göstərmək çağırışına KTMT-nin tamamilə qanuni cavabını” bədniyyətli ifadə ilə müşayiət edib”. Blinkenin “ruslar sizin evinizdə olanda bu, onları çıxmağa məcbur etmək çətin olacaq” ifadəsinə Rusiay XİN belə cavab verib: “Əgər Entoni Blinken tarix dərslərini bu qədər sevirsə, qoy o, aşağıdakılara diqqət etsin: amerikalılar sizin evinizdə olanda qarət edilmək və ya zorlanmamaq deyil, sağ qalmaq çətin ola bilər. ABŞ dövlətçiliyinin 300 ili ərzində ancaq onlara bu öyrədilib. Şimali Amerika qitəsinin hinduları, koreyalılar, vyetnamlılar, iraqlılar, panamalılar, yuqoslavlar, liviyalılar, suriyalılar və bu çağırılmamış qonaqları öz evlərində görmək nəsib olmayan bir çox başqa bədbəxt insanlar bu barədə çox şey danışacaqlar”. Geri dön |