Qarabaginfo.az xəbər verir ki, DGK sədri Səfər Mehdiyevin əmri ilə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Bəhruz Quliyev vəzifəsindən azad edilib. Həmin posta Mehman Sadıqov təyin olunub. B. Quliyev isə DGK-nın Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin rəisi təyin olunub.
Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədov da vəzifəsindən azad olunaraq, DGK-da idarə rəisi vəzifəsinə təyin olunub. Bakı Baş Gömrük İdarəsinə isə Pərviz Kəngərli rəis təyin olunub.
DGK-nın Aksiz Mallar üzrə Baş Gömrük İdarəsinə isə indiyə qədər Sumqayıt Baş Gömrük İdarəsinin rəisi olmuş Vəzir Həsənov təyin olunub.
Bundan başqa, DGK-nın ərazi baş idarələrinin rəislərinin yerləri dəyişdirilib, onların bəziləri isə DGK-nın mərkəzi aparatında müxtəlif vəzifələrə təyin olunublar.