Ana Sayfa > Karusel / Gündəm > Bakıda ofisdə yanğın olub, 1 nəfər tüstüdən zəhərlənib, 17 nəfər təxliyə edilib

Bakıda ofisdə yanğın olub, 1 nəfər tüstüdən zəhərlənib, 17 nəfər təxliyə edilib


7-01-2022, 18:27. Yazar: Admin

Bakıda ofisdə yanğın olub, 1 nəfər tüstüdən zəhərlənib, 17 nəfər təxliyə edilib

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, 1 nəfər tüstüdən zəhərlənib, 17 nəfər təxliyə edilib.

Bu barədə Qarabaginfo.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verib.

Bildirilib ki, Bakı şəhərinin Sabunçu rayonunda çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 125 m² olan ofisin (fəaliyyət göstərmir) mətbəxinin yanar konstruksiyaları 30 m² sahədə yanıb.

Yanğın zamanı yanğınsöndürən və xilasedicilər tərəfindən 17 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub, 1 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya aparılıb.

Ofisin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Geri dön