Ana Sayfa > Karusel / Gündəm > BNA: Yasamalda enerji kəsilməsi nəticəsində işıqforların işində fasilə yaranıb

BNA: Yasamalda enerji kəsilməsi nəticəsində işıqforların işində fasilə yaranıb


7-01-2022, 18:25. Yazar: Admin

BNA: Yasamalda enerji kəsilməsi nəticəsində işıqforların işində fasilə yaranıb

Hazırda Yasamal rayonu bəzi ərazilərində daha dəqiq Mətbuat prospekti və A.M.Şərifzadə küçəsində elektrik enerjisinin kəsilməsi səbəbindən bəzi svetoforların işində fasilə yaranıb.

Bu barədə Qarabaginfo.az-ın sorğusuna cavab olaraq Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, hazırda müvafiq qurum tərəfindən elektrik enerjisi verilişinin bərpasıilə bağlı iş aparılır.

Bunu nəzərə alaraq sürücülərdən işıqforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur.


Geri dön