Ana Sayfa > Karusel / Region > Lukaşenko Paşinyan və Putinlə KTMT-nin Qazaxıstandakı fəaliyyətini müzakirə edib
Lukaşenko Paşinyan və Putinlə KTMT-nin Qazaxıstandakı fəaliyyətini müzakirə edib7-01-2022, 17:01. Yazar: Admin |
Belarus Prezidenti Aleksandr Lukaşenko Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putinlə telefon əlaqəsi saxlayıb. Qarabaginfo.az xəbər verir ki, bu barədə Belarus Prezidentinin rəsmi saytında məlumat verilib. Bildirilib ki, Aleksandr Lukaşenko əvvəlcə Ermənistan lideri, daha sonra isə Rusiya lideri ilə beynəlxalq gündəmdəki aktual məsələləri, ikitərəfli münasibətləri və Qazaxıstanda baş verənləri müzakirə edib. Onlar KTMT-nin Qazaxıstandakı sülhməramlı qüvvələrinin fəaliyyəti mövzusuna da toxunublar. Geri dön |