Ana Sayfa > Karusel > Nazarbayevin qardaşı oğlu saxlanılıb? - Yenilənib

Nazarbayevin qardaşı oğlu saxlanılıb? - Yenilənib


7-01-2022, 16:36. Yazar: Admin

Nazarbayevin qardaşı oğlu saxlanılıb?

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevin qardaşı oğlu Samat Abiş Almatıda saxlanılıb.

Nazarbayevin qardaşı oğlu saxlanılıb?

Qarabaginfo.az xəbər verir ki, bu barədə məlumatı “Orda.kz” nəşri yayıb.

Bildirilir ki, Samat Abiş iki saat əvvəl saxlanılıb.

Qeyd edək ki, yanvarın 5-i Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Samat Abişi ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini vəzifəsindən azad edib. O, 2015-ci ildən sözügedən postda idi.

***

“Orda.kz” nəşri daha sonra öz teleqram kanalında açıqlama yayaraq Samat Abişin saxlanılması ilə bağlı verdikləri xəbərin əsassız olduğunu bildirib:

“Nazarbayevin qardaşı oğlu Samat Abişin saxlanması ilə bağlı məlumat verən mənbəmiz səhv edib, bu informasiya təsdiqini tapmayıb. Üzr istəyirik, biz fövqəladə vəziyyətdə işləyirik və yeganə vəzifəmiz oxucularımızı məlumatlandırmaqdır. Bizi anlamağınızı xahiş edirik”.(Qafqazinfo.)

 

 


Geri dön