Ana Sayfa > Karusel / Region > Aİ Qazaxıstana yardım etməyə hazır olduğunu bəyan edib

Aİ Qazaxıstana yardım etməyə hazır olduğunu bəyan edib


7-01-2022, 15:59. Yazar: Admin

Ursula von der Leyen

 

Avropa İttifaqı (Aİ) Qazaxıstana yardım etməyə hazırdır.

Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Fransanın Aİ Şurasına sədrliyinin başlaması ilə bağlı Parisdə keçirilən mətbuat konfransında jurnalistin sualını cavablandırarkən deyib.

“Mən Qazaxıstandakı vəziyyəti böyük narahatlıqla izləyirəm. Vətəndaşların hüquqları və təhlükəsizliyi prioritetdir və təmin edilməlidir. Mən zorakılığa son qoymağa və təmkin göstərməyə çağırıram. Aİ bacardığı hər sahədə kömək etməyə hazırdır”, - Avropa Komissiyasının Prezidenti qeyd edib.


Geri dön