Ana Sayfa > Karusel / Hadisə > Prokurorluq Bakıda ağacların kəsilməsi ilə bağlı araşdırma aparır
Prokurorluq Bakıda ağacların kəsilməsi ilə bağlı araşdırma aparır7-01-2022, 15:41. Yazar: Admin |
Bakının Nərimanov rayonunda ağacların kəsilməsi faktı ilə bağlı prokurorluqda araşdırma başlayıb. Qarabaginfo.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında bildirilib. Məlumata görə, Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 10C ünvanında ağacların kəsilməsi faktı ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş materiallar əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılır. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək. Geri dön |