Ana Sayfa > Karusel / Multimedia > Vəkil Ramiz Göyüşovun məhkəməyə gəlməsini tələb edib

Vəkil Ramiz Göyüşovun məhkəməyə gəlməsini tələb edib


7-01-2022, 15:30. Yazar: Admin

 

Vəkil Ramiz Göyüşovun məhkəməyə gəlməsini tələb edib

Nəsimi Rayon Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən “Azadinfo.az” MMC-nin təsisçisi Mahir Ələkbərovun (Xəttab) cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Qarabaginfo.az xəbər verir ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə sənədlər tədqiq edilib.

Məhkəmədə bildirilib ki, Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədri vəzifəsini icra etmiş Ramiz Göyüşov iclasda iştirak etməyib. Onun məhkəməyə ərizə göndərdiyi məlum olub. Ərizədə göstərib ki, səhhəti ilə bağlı məhkəməyə gələ bilmədiyi üçün proses onun iştirakı olmadan keçirilsin.

Daha sonra M.Ələkbərovun vəkili Araz Nurməmmədov növbəti iclasda R.Göyüşovun iclasda iştirak etməsinin təmin olunmasını istəyib: "Ona veriləcək suallar var".

Növbəti proses yanvarın 14-nə təyin olunub.

Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan əməliyyat-istintaq tədbirləri ilə M.Ələkbərovun həmin dövrdə Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədri vəzifəsini icra edən Ramiz Göyüşov barəsində qeyri-etik videogörüntüləri "Azadinfo.az" xəbər paylaşım platformasında və digər xəbər saytlarında qəsdən yaydıqdan sonra həmin məlumatların yayılmasının qarşısının alınması üçün sonuncunun özü ilə görüşməsinə nail olaraq, bu görüntülərin qeyd edilən səhifədən silinməsi məqsədilə ondan ümumilikdə 2 min manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb edib almasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanan kifayət qədər sübutlar əsasında M.Ələkbərova Cinayət Məcəlləsinin 182.1 (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və cinayət işi baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. (Report)


Geri dön