Ana Sayfa > Karusel / Dünya > Fransada elektrik enerjisi 40% bahalaşa bilər

Fransada elektrik enerjisi 40% bahalaşa bilər


7-01-2022, 15:27. Yazar: Admin

Bruno Le Maire

 

Fransa hökuməti enerji qiymətlərindəki artımın iqtisadi və sosial nəticələrindən narahatdır.

Qarabaginfo.az "Bloomberg"ə istinadən verdiyi xəbərə görə, bu barədə Fransanın maliyyə naziri Bruno Le Maire keçirdiyi mətbuat konfransında deyib.

"Əgər yaxın günlərdə bir həll tapmasaq, fransızlar elektrik ödənişlərində 35-40% artım görəcəklər. Bu, mütləq fövqəladə haldır, çünki elektrik enerjisinin qiymətindəki partlayış nə ev təsərrüfatı, nə də biznes üçün yaxşı deyil”, - deyə nazir bildirib.

Ölkədə prezident seçkilərinə dörd aydan az vaxt qaldığı bir müddətdə nazir yaşayış xərclərinin artmasının sosial nəticələri barədə də xəbərdarlıq edib.

"Qazaxıstanda baş verənlərə baxın; enerji, elektrik və ya qaz qiymətlərində "partlayış"ın nəyə gətirib çıxaracağı baxımından olduqca nümunəvidir. Bu, siyasi cəhətdən təhlükəlidir", fransalı nazir bildirib.(Apa)


Geri dön