Ana Sayfa > Karusel / Region > Qazaxıstandakı hadisələrdə yüzlərlə ölən və yaralanın olduğu açıqlanıb

Qazaxıstandakı hadisələrdə yüzlərlə ölən və yaralanın olduğu açıqlanıb


7-01-2022, 13:30. Yazar: Admin

Kasım-Jomart Tokayev

 

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev xalqa müraciət edib.

Qarabaginfo.az xəbər verir ki, Prezident ölkədə konstitusion hakimiyyətin tədricən bərpa olunduğunu, situasiyanın nəzarətə götürüldüyünü qeyd edib.

“Bizim ölkəmizdə antiterror əməliyyatı davam edir. Mən hüquq mühafizə orqanlarına və orduya xəbərdarlıqsız atəş açmaq əmri vermişəm.

Qazaxıstan Prezidenti hadisələr zamanı yüzlərlə dinc sakinin, hərbiçinin yaralandığını və öldürüldüyünü əlavə edib.

Tokayev hadisələrdə iştirak edən bütün şəxslərin ən sərt şəkildə cəzalandırılacağını söz verib.


Geri dön