Ana Sayfa > Karusel > Mehriban Əliyeva Aida İmanquliyevanın məzarını ziyarət etdi

Mehriban Əliyeva Aida İmanquliyevanın məzarını ziyarət etdi


10-10-2017, 16:00. Yazar: Admin

 

Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 10-da İkinci Fəxri xiyabana gələrək görkəmli şərqşünas alim Aida İmanquliyevanın doğum günü münasibətilə məzarını ziyarət edib, xatirəsini ehtiramla anıb.

"Qarabaginfo" AzərTac-a istinadən xəbər verir ki, Mehriban Əliyeva Azərbaycanda şərqşünaslıq elminin inkişafında misilsiz xidmətləri olan alimin məzarı önünə gül dəstələri düzüb.

Sonra Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Fəxri xiyabana gələrək mərhum lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə güllər qoyub.

Daha sonra Mehriban Əliyeva görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsini anıb, məzarı üzərinə tər güllər düzüb.

 






 


Geri dön