Ana Sayfa > Karusel / Sosial > Azərbaycanda bu ildən Smart qaz sayğaclarının tətbiqinə start veriləcək

Azərbaycanda bu ildən Smart qaz sayğaclarının tətbiqinə start veriləcək


7-01-2022, 12:25. Yazar: Admin

Azərbaycanda bu ildən Smart qaz sayğaclarının tətbiqinə start veriləcək

“Azəriqaz” İstehsalat Birliyi bu ildən etibarən “ağıllı” (Smart) sayğaclarının tətbiqinə start verəcək.

Qarabaginfo.az xəbər verir ki, bunu Birliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Azərbaycanda heç vaxt Smart sayğaclar olmayıb, Smart tipli sayğaclar olub.

“Yəni mənim smart sayğacımı mexaniki sayğacla əvəz edə bilərsinizmi deyə bir şey yoxdur. Burda yalnışlıq var. Yəni o sayğaclar da “ağıllı” olmayıb. “Azəriqaz” İB artıq bu ildən sözün həqiqi mənasında “ağıllı” sayğacların tətbiqinə start verəcək və onda görəcəksiniz ki, “ağıllı” smart sayğaclar nə deməkdir”, - deyə E. Vəliyev əlavə edib.


Geri dön