Ana Sayfa > Karusel / Region > Qazaxıstan və Azərbaycan ordusunun fərqi, bax, budur!

Qazaxıstan və Azərbaycan ordusunun fərqi, bax, budur!


7-01-2022, 12:03. Yazar: Admin

Bakıda Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyanın iclası keçiriləcək

Reallıqla ilk toqquşma - hələ heç bir müharibə olmadan - açıq-aydın göstərdi ki, Qazaxıstan ordusunun faktiki reytinqi sıfra bərabərdir.

Qarabaginfo.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında xarici siyasət, müdafiə və təhlükəsizlik üzrə rusiyalı ekspert Qriqori Trofimçuk deyib.

“Amma yada salaq, Qazaxıstan Silahlı Qüvvələrinin paradları nə qədər gözəl idi! Onların hərbi paradları həqiqətən də möhtəşəm idi. Reallıqda isə Mərkəzi Asiyada “minus bir ordu” olduğunun şahidi olduq. Bunu düşmənlərimiz də görür”, - deyə ekspert qeyd edib.

Onun sözlərinə görə, bununla da Azərbaycan Ordusunun postsovet və Avrasiya məkanının real reytinqində “Bir nömrə” olduğunu hamı anlamış oldu:

“Beynəlxalq reytinqdə (Military Strength Ranking) 2021-ci il üçün Azərbaycan Ordusu Qazaxıstandan iki pillə aşağıda qərarlaşıb: müvafiq olaraq 63 və 61 yerlər. Reallıqda isə tamamilə fərqlidir”, - deyə Trofimçuk bildirib.

 


Geri dön