Ana Sayfa > Karusel / Cəmiyyət > “Bakı Metropoliteni” işə qəbul elan edib
“Bakı Metropoliteni” işə qəbul elan edib7-01-2022, 11:00. Yazar: Admin |
“Bakı Metropoliteni” QSC “Sərnişin platforması üzrə növbətçi” (HSPN) vəzifəsinə işçi qəbulu elan edib. Qarabaginfo.az xəbər verir ki, müsabiqədə iştirak etmək istəyənlər ali və yaxud texniki peşə təhsilli, 30 yaşa qədər, kişilər hərbi xidmət keçmiş olmalıdır. Boy tələbi qadın namizədlər üçün 160 sm və daha uca, kişi namizədlər üçün 165 sm və daha ucadır. Seçim məntiq testi və müsahibə keçirilməsi yolu ilə aparılacaq. Seçilmiş namizədlər tibbi yoxlamadan keçməklə 1 ay müddətinə xüsusi hazırlıq kursuna buraxılacaqlar. Kursu müvəffəqiyyətlə başa vuran iddiaçılar test imtahanına cəlb olunacaqlar. Yüksək bal toplayanlar sərnişin platforması üzrə növbətçi (HSPN) vəzifəsinə qəbul ediləcəklər. İddiaçılar “Bakı Metropoliteni”nin rəsmi veb-səhifəsinin bölməsinə daxil olaraq, yarımbölməsində elektron müraciət formasını doldurmalıdırlar. Elektron ərizələr yalnız yanvar ayının 10-dan 25-nə qədər olan tarixdə qəbul edilir. Elektron müraciət doldurularkən, müvafiq xanaya, iddia etdiyiniz vəzifə kimi, mütləq qaydada platforma növbətçisi və yaxud HSPN yazılmalıdır. Ərizə formaları proqramlaşdırılmış qaydada avtomatik qeydə alınır. Bu səbəbdən göstərilən müddətdən əvvəl və sonra göndərilən, eləcə də müvafiq qaydada “platforma növbətçisi” və ya “HSPN” qeydi olmayan elektron ərizələr ərizə bankına daxil olmur. Geri dön |