Ana Sayfa > Karusel / Region > Qazaxıstan polisi paytaxt Nur-Sultana silah keçirilməsinin qarşısını aldı

Qazaxıstan polisi paytaxt Nur-Sultana silah keçirilməsinin qarşısını aldı


7-01-2022, 10:09. Yazar: Admin

 

Qazaxıstanda bütün icra hakimiyyəti binaları azad edilərək gücləndirilmiş mühafizəyə alınıblar.

Qarabaginfo.az xəbər verir ki, bunu Qazaxıstanın Daxili İşlər Nazirliyi açıqlayıb.

“Respublika üzrə tətbiq olunan fövqəladə vəziyyət çərçivəsində tədbirlər həyata keçirilir. Ölkə ərazisində gecə-gündüz fəaliyyət göstərən 70 blokpost yaradılıb”, – nazirlikdən qeyd olunub.

Məlumata görə, paytaxt Nur-Sultana silah keçirmək cəhdlərinin qarşısı alınıb,  hüquq-mühafizə orqanları silah daşıyan avtobusları saxlayıblar.

Xatırladaq ki, yanvar ayının 2-dən etibarən Qazaxıstanda qiymət artımlarına görə aksiyalar başlayıb.


Geri dön