Qazaxıstanın Almatı şəhərində etirazçılar “Mir” telekanalının binasını mühasirəyə alıblar.
Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə yerli “Xəbər-24” telekanalı məlumat yayıb.
Ərazidə gedən atışma nəticəsində ölənlərin olduğu bildirilib.
Qeyd edək ki, “Mir” telekanalının binası Respublika meydanında, şəhər administrasiyası ilə üzbəüz yerləşir.