Ana Sayfa > Karusel / Təhsil > Bakıda yanğın baş verən məktəb distant tədrisə keçib

Bakıda yanğın baş verən məktəb distant tədrisə keçib


7-01-2022, 09:58. Yazar: Admin

Bakı Şəhəri üzrə Təhsil İdarəsi

 


Yanvarın 7-də səhər saatlarında Bakı şəhərindəki Aslan Muradov adına 84 nömrəli tam orta məktəbdə yanğın baş verib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Qarabaginfo.az-a verilən xəbərə görə, yanğın məktəbin ikinci mərtəbəsində olub. Məktəbin müəllim və şagird heyəti təxliyə olunub.
Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən yanğın qısa müddət ərzində söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb.

Bu gün məktəbdə dərslərin distant qaydada davam etdirilməsi nəzərdə tutulur.


Geri dön