Ana Sayfa > Karusel / Region > ABŞ Rusiya qoşunlarının Qazaxıstana daxil olmasını düzgün addım saymır

ABŞ Rusiya qoşunlarının Qazaxıstana daxil olmasını düzgün addım saymır


7-01-2022, 08:05. Yazar: Admin

“Birləşmiş Ştatlar Qazaxıstan hakimiyyətinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) qüvvələrinin ölkəyə yerləşdirilməsi tələbinin qanuni olub-olmadığını bilmir”. TASS xəbər verir ki, bu barədə Ağ evin mətbuat katibi Cen Psaki bildirib.

Onun sözlərinə görə, Vaşinqton KTMT-nin Qazaxıstana Kollektiv Sülhməramlı Qüvvələri göndərməsi ilə bağlı xəbərləri diqqətlə izləyir.

“Qazaxıstanın bu müraciətinin mahiyyəti, hüquqi dəvət olub-olmaması ilə bağlı suallarımız var. Hazırda biz bunu bilmirik”, - deyən Psaki Təşkilatın qüvvələrini və hüquq-mühafizə orqanlarını beynəlxalq insan hüquqları öhdəliklərinə əməl etməyə çağırıb.

(virtualaz.org)


Geri dön