Ana Sayfa > Karusel / Region > Qazaxıstan polisi silahı yerə qoymayanların məhv ediləcəyini bildirib
Qazaxıstan polisi silahı yerə qoymayanların məhv ediləcəyini bildirib6-01-2022, 20:30. Yazar: Admin |
Qazaxıstanın Daxili İşlər Nazirliyi silahı yerə qoymaq tələbinə qarşı müqavimət göstərənlərin məhv ediləcəyini açıqlayıb. Qarabaginfo.az xəbər verir ki, bu barədə “Sputnik Qazaxıstan” ölkənin Daxili İşlər Nazirliyindəki mənbəyə istinadla məlumat yayıb. Məlumatda bildirilir ki, iğtişaş törədənlər qanuni tələbi rədd edərək silahı yerə qoymadıqları təqdirdə məhv ediləcəklər. Həmçinin qeyd olunur ki, Qazaxıstanın regionlarında polis və Milli Qvardiya patrul nəzarətini gücləndirib. Bir çox yerdə postlar qurulub, qayda pozanların saxlanılması üçün iş aparılır.(Apa) Geri dön |