Ana Sayfa > Karusel / Siyasət > DİN: 9 nömrəli məktəblə bağlı təhqiqat aparılır

DİN: 9 nömrəli məktəblə bağlı təhqiqat aparılır


6-01-2022, 16:25. Yazar: Admin

Daxili İşlər Nazirliyi

 

Bakı şəhəri 9 nömrəli tam orta məktəbin direktorunun şagirdlərlə uyğun olmayan davranışının əks olunduğu videogörüntülərlə Nəsimi Rayon Polis İdarəsinin Polis Şöbəsində təhqiqat araşdırmaları aparılır.

Qarabaginfo.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib. O deyib ki, Bakı şəhəri 9 nömrəli tam orta məktəbin direktorunun şagirdlərlə uyğun olmayan davranışının əks olunduğu videogörüntülərdən məlumatlıdılar: "Ərazi üzrə - Nəsimi RPİ-nin 19-cü Polis Şöbəsində təhqiqat araşdırmaları aparılır. Hazırda təhqiqat qrupu məktəbdədir. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək".

Geri dön