Ana Sayfa > Karusel / Region > Rusiya XİN Qazaxıstandakı hadisələri ölkənin bütövlüyünə xaricdən qəsd kimi qiymətləndirir
Rusiya XİN Qazaxıstandakı hadisələri ölkənin bütövlüyünə xaricdən qəsd kimi qiymətləndirir6-01-2022, 16:19. Yazar: Admin |
Rəsmi Moskva Qazaxıstanda baş verən son hadisələri xaricdən ölkənin təhlükəsizliyini və bütövlüyünü pozmaq cəhdi kimi qiymətləndirir. Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının Qazaxıstana təşkilatın kollektiv sülhməramlı qüvvələrinin göndərilməsi qərarı barədə bəyanatında deyilir. “KTMT çərçivəsində mövcud müttəfiqlik öhdəliklərinə sadiqliyini sübut edən Rusiya Federasiyası Qazaxıstanda daxili siyasi vəziyyətin sürətlə pisləşməsi və zorakılığın artması ilə əlaqədar təxirəsalınmaz tədbirlərin görülməsini dəstəkləyib”, - bəyanatda deyilir. Bəyanata görə, Rusiya antiterror əməliyyatların aparılmasına dəstək məqsədilə Qazaxıstan və KTMT üzrə müttəfiqləri ilə məsləhətləşmələrini davam etdirir.(REport) Geri dön |