Ana Sayfa > Karusel / Siyasət > Rusiya Qazaxıstana hərbi texnika göndərir - Video

Rusiya Qazaxıstana hərbi texnika göndərir - Video


6-01-2022, 15:50. Yazar: Admin

Rusiya Hərbi Hava Qüvvələrinin hərbi texnikasını Qazaxıstana göndərir. Bu barədə “Zvezda” telekanalı xəbər verir.

Teleqram kanalların yayımladığı kadrlarda dörd hava-desant döyüş maşını əks olunub. Telekanalın məlumatına görə, karvan yüklənmək və Qazaxıstana göndərilmək üçün hava limanına doğru gedir.

Bundan əvvəl Rusiyanın Qazaxıstana sülhməramlılar kimi hava-desant bölmələri göndərəcəyi bildirilirdi. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlıları ölkə ərazisindəki strateji obyektləri mühafizə altına alacaqlar.(virtualaz.org)


Geri dön