Ana Sayfa > Karusel / Region > Lavrov və Çavuşoğlu "3+3" formatının növbəti görüşü barədə razılığa gəliblər
Lavrov və Çavuşoğlu "3+3" formatının növbəti görüşü barədə razılığa gəliblər6-01-2022, 15:45. Yazar: Admin |
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması səylərini dəstəkləyir. Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb. Bildirilib ki, S.Lavrov və türkiyəli həmkarı Mövlud Çavuşoğlu yaxın gələcəkdə "3+3" formatında növbəti görüşə hazırlaşmaq barədə razılığa gəliblər: "Onlar ilk belə görüşü müsbət qiymətləndiriblər. Növbəti görüşün keçirilməsi planlaşdırılıb”, - deyə məlumatda bildirilib. Qeyd edək ki, bu gün Türkiyə və Rusiya XİN başçıları arasında telefon danışığı olub.(Report) Geri dön |