Ana Sayfa > Karusel / Siyasət > Cozep Borrell: "Ukrayna Aİ-nin davamlı dəstəyinə əmin ola bilər"

Cozep Borrell: "Ukrayna Aİ-nin davamlı dəstəyinə əmin ola bilər"


6-01-2022, 15:41. Yazar: Admin

Cozep Borrell: "Ukrayna Aİ-nin davamlı dəstəyinə əmin ola bilər"

Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Boorel Ukrayna Baş naziri Denis Şmıqal ilə görüşüb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Aİ-nin Ali Nümayəndəsi "Twitter"də bildirib.

Cozep Borrelin sözlərinə görə, görüşdə Ukraynanın üzləşdiyi xarici təhdidlərə birgə cavab vermək və hərtərəfli islahat gündəmini davam etdirməklə daxili dayanıqlığı daha da gücləndirmək müzakirə olunub.
"Ukrayna Aİ-nin davamlı dəstəyinə əmin ola bilər",- deyə Aİ-nin Ali Nümayəndəsi qeyd edib.


Geri dön