Ana Sayfa > Karusel / Region > Qazaxıstan əcnəbilərin ölkəyə girişinə qadağa qoyub

Qazaxıstan əcnəbilərin ölkəyə girişinə qadağa qoyub


6-01-2022, 15:38. Yazar: Admin

Qazaxıstan fövqəladə vəziyyətin elan edilməsi ilə əlaqədar əcnəbilərin ölkəyə girişini qadağan edib.

“RİA Novosti” xəbər verir ki, bu barədə Qazaxıstanın Özbəkistandakı səfirliyinin nümayəndəsi məlumat verib.

“O cümlədən piyada, hava və hər hansı digər nəqliyyat vasitəsi ilə”, - diplomat əlavə edib.

Xatırladaq ki, Qazaxıstanda etiraz aksiyaları yanvarın 2-də Janaozen və Aktau şəhərlərində başlayıb. Şəhər sakinləri maye qazın ikiqat bahalaşmasına etiraz olaraq küçələrə çıxıblar.(virtualaz.org)


Geri dön