Ana Sayfa > Karusel / İqtisadiyyat > Azərbaycan nefti bahalaşdı: 84 dolları ötdü
Azərbaycan nefti bahalaşdı: 84 dolları ötdü6-01-2022, 11:29. Yazar: Admin |
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 5-də 84,22 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,73 dollar/barel çoxdur. Bu barədə Qarabaginfo.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 83,52 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,75 dollar/barel çoxdur. Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 78,58 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,89 dollar/barel çoxdur. Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 80,9 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,91 dollar/barel çoxdur. Geri dön |