Ana Sayfa > Karusel / Gündəm > ÜST: “2022-ci il COVID-19 pandemiyasının son ili olmalıdır”

ÜST: “2022-ci il COVID-19 pandemiyasının son ili olmalıdır”


6-01-2022, 11:20. Yazar: Admin

 

ÜST: “2022-ci il COVID-19 pandemiyasının son ili olmalıdır”

"Bu il COVID-19 pandemiyasının son ili olmaqla yanaşı, həm də yeni həmrəylik mərhələsinin başlanğıcı olmalıdır. Məqsəd 2022-ci ilin ortalarınadək dünya ölkələrində əhalinin azı 70%-nin COVID-19-a qarşı peyvən olunmasından ibarətdir”.

Qarabaginfo.az-ın xəbərinə görə, bunu “Report”a Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi nümayəndəsi Tarik Yazareviç bildirib.

“Daha yüksək risk qrupuna aid insanlardan başlayaraq, əhalinin peyvəndlənməsini həyata keçirsək, pandemiyanın kəskin mərhələsinə son qoya bilərik. Ölkələr arasında peyvəndləmə göstəriciləri baxımından böyük uçurum var. Bərabərsizliyə son qoya bilsək, pandemiyaya da son qoya biləcəyik”, - o deyib.

Onun sözlərinə görə, 2021-ci il bir çoxlarımız üçün ağrılı keçdi: "Amma bu ilin boşa getməsinə imkan verə bilmərik. Ötən ilin bizə verdiyi dərsləri unutmamalıyıq". 

T.Yazareviç vurğulayıb ki, daha yoluxucu olan “Omikron” ştamı “delta” ştamı ilə birlikdə dövr edir, həmçinin bu ştamlar dünya ölkələrinin səhiyyə sistemlərinə böyük təzyiq göstərir və göstərməkdə davam edəcək.


Geri dön