Ana Sayfa > Karusel / Dünya > Nikol Paşinyan: “KTMT Qazaxıstana kollektiv sülhməramlı qüvvələr göndərəcək”
Nikol Paşinyan: “KTMT Qazaxıstana kollektiv sülhməramlı qüvvələr göndərəcək”6-01-2022, 10:57. Yazar: Admin |
KTMT-nin Kollektiv Təhlükəsizlik Şurası Kollektiv Təhlükəsizlik Müqaviləsinin 4-cü maddəsini rəhbər tutub.
Ermənistanın baş naziri Nikol Paşinyan KTMT Kollektiv Təhlükəsizlik Şurasının sədri kimi KTMT-nin Kollektiv Sülhməramlı Qüvvələrinin Qazaxıstana göndərilməsi barədə qərar qəbul edib.
Paşinyanın Facebook səhifəsində dediyi kimi, bu ölkədə vəziyyəti sabitləşdirmək və normallaşdırmaq üçün KTMT ölkələrinin ordusu məhdud müddətə əraziyə yeridilir.
“Qərar Qazaxıstan Respublikasının Prezidenti K.-J.K. Tokayevin müraciəti ilə əlaqədar və Qazaxıstan Respublikasının milli təhlükəsizliyinə və suverenliyinə, o cümlədən kənar müdaxilə və digər amillərin yaratdığı təhdidlər səbəindən qəbul edilib, - deyə Ermənistanın baş naziri bildirib.
2022-ci ildən Ermənistan KTMT-nin sədridir. Təşkilata Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan daxildir.
Geri dön |