Ana Sayfa > Karusel / Region > Nur-Sultanda inzibati binaların mühafizəsi gücləndirilib, aviareyslər təxirə salınıb
Nur-Sultanda inzibati binaların mühafizəsi gücləndirilib, aviareyslər təxirə salınıb6-01-2022, 08:10. Yazar: Admin |
Qazaxıstanın paytaxtı Nur-Sultanda bütün inzibati binalar gücləndirilmiş mühafizəyə götürülüb. Qarabaginfo.az-ın məlumatına görə, bu barədə “Sputnik.kz” Qazaxıstan polis idarəsinin rəhbərinə istinadən xəbər verib. “Qazaxıstanın paytaxtında bütün inzibati binalar ciddi mühafizəyə götürülüb” - PD (Polis Departamenti-red.) rəhbəri Yerjan Sadenov”, – agentlik öz teleqramında bildirib. Eyni zamanda paytaxtda bütün aviareyslər yerli vaxtla saat 12-dək (Bakı vaxtı ilə saat 10:00-a qədər-red) təxirə salınıb. Xatırladaq ki, Qazaxıstanda kütləvi etirazlar 2022-ci ilin ilk günlərində başlayıb. Daha sonra ölkənin qərbində neft hasilatı regionu Mangistau vilayətinin Janaozen və Aktau şəhərlərinin sakinləri sıxılmış neft qazının qiymətinin iki dəfə artırılmasına qarşı çıxıblar, etirazlar sonra digər şəhərlərə də yayılıb. Yanvarın 4-ü və 5-də respublikanın əvvəlki paytaxtı Almatıda təhlükəsizlik qüvvələri ilə toqquşmalar baş verib. Ölkənin hər yerində internet bağlanıb, bir sıra telekanalların yayımı müvəqqəti dayandırılıb. (Report) Geri dön |