Ana Sayfa > Karusel / Siyasət > Rusiya Dumasının deputatı ölüm hökmünün qaytarılmasına çağırış edib
Rusiya Dumasının deputatı ölüm hökmünün qaytarılmasına çağırış edib6-01-2022, 07:19. Yazar: Admin |
“Rusiyada pedofillər, residivistlər və qatillər üçün ölüm hökmünü bərpa etmək lazımdır. Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Sultan Həmzəyev “360” telekanalına müsahibəsində Kostroma şəhərində 5 yaşlı qızın öldürülməsinə münasibət bildirərkən deyib. “Mən öz mövqeyimdə dayanıram: pedofillər, residivistlər və qatillər üçün edam cəzasına moratoriumun ləğvi lazımdır. Əvvəllər cinsi zorakılığa görə həbsdə olan şübhəlilərdən birinin şərti azadlığa buraxılmasının səbəbini araşdırmaq lazımdır, - deputat əlavə edib. Xatırladaq ki, yanvarın 4-də Kostromanın Severnaya Pravda küçəsində gəzintiyə çıxan 5 yaşlı qız qısa müddətdən sonra iki kişi tərəfindən qaçırılıb. Təhlükəsizlik qüvvələri mütəşəkkil axtarış nəticəsində qızı qətlə yetirdiyini etiraf edən iki şübhəlini saxlayıb. Azyaşlının meyiti Kostromadakı yataqxanalardan birində otaqda tapılıb. Prokurorların sözlərinə görə, hər iki şəxs əvvəllər məhkum olunublar. Onlardan biri cinsi təcavüzə görə azadlıqdan məhrum edilib.(Apa) Geri dön |