Ana Sayfa > Karusel / Region > Türkiyə Prezidenti “Beşiktaş”ı təbrik edib

Türkiyə Prezidenti “Beşiktaş”ı təbrik edib


6-01-2022, 01:19. Yazar: Admin

 

Türkiyə Prezidenti “Beşiktaş”ı təbrik edib
Rəcəb Tayyib Ərdoğan

Türkiyə Prezidenti “Beşiktaş”ı ölkə Superkubokunun qalibi olması münasibətilə təbrik edib.

Qarabaginfo.az xəbər verir ki, dövlət başçısı bu barədə tviter dəki hesabında yazıb.

“TFF Turkcell Super Kubokunun 2021-in qalibi “Beşiktaş”ı və bütün “Beşiktaş” azarkeşlərini səmimi arzularımla təbrik edirəm”, - deyə dövlət başçısı sosial şəbəkədəki hesabında yazıb.

Öz növbəsində Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop da tviter hesabında qalibi təbrik edib.

Qeyd edək ki, “Beşiktaş” Türkiyə Superkubokunun qalibi olub. Qətərdə keçirilən həlledici matç “Beşiktaş”ın “Antalyaspor” üzərində 4:2 hesablı qələbəsi ilə başa çatıb.(Report)


Geri dön