Ana Sayfa > Karusel / Region > İranın İsfahan hava limanında təyyarə qəza enişi edib

İranın İsfahan hava limanında təyyarə qəza enişi edib


5-01-2022, 23:51. Yazar: Admin

 

İranın İsfahan hava limanında təyyarə qəza enişi edib, xəsarət alanlar var

İranın Məşhəd şəhərindən İsfahana uçan təyyarə qəza enişi edib.

Qarabaginfo.az xəbər verir ki, göyərtəsində 110 sərnişin olan təyyarə bu gün yerli vaxtla saat 17:03 radələrində İsfahan hava limanında eniş edərkən sol təkərində yaranmış texniki nasazlıq təyyarənin eniş zolağından çıxmasına səbəb olub.

Məlumata görə, sərnişinlərdən 3 nəfər xəsarət alıb, digər sərnişinlər təcili təxliyə olunub. Hadisənin başvermə səbəblərini araşdırmaq üçün Tehrandan İsfahana xüsusi təhqiqat qrupu ezam olunub.


Geri dön