Ana Sayfa > Karusel / Dünya > Bu, AB-nin təhlükəsizliyi üçün gərginlik yaradır - Borrell

Bu, AB-nin təhlükəsizliyi üçün gərginlik yaradır - Borrell


5-01-2022, 22:52. Yazar: Admin

 

Donbasdakı münaqişə Avropa Birliyinin təhlükəsizliyi üçün gərginlik yaradır.

Qarabaginfo.az xəbər verir ki, bu açıqlama ilə Avropa Birliyinin Xarici siyasət idarəsinin rəhbəri Jozep Borrell çıxış edib.

"İndi münaqişə (Donbasda - red.) dərinləşmək ərəfəsindədir. Gərginlik hətta Avropanın təhlükəsizliyi ilə bağlı da artır. Rusiya Ukrayna sərhədi boyunca qoşun və silahlar yığır. Ukrayna Avropanın bir hissəsi olduğu üçün qitənin təhlükəsizliyi və Ukraynanın təhlükəsizliyi məsələsi ilk növbədə ukraynalıları və avropalıları narahat edən məsələdir”, - Borrell vurğulayıb.

Qeyd edək ki, Borrell Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə birgə bu ölkənin şərqinə - Donbasa səfər edib.

 


Geri dön