Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > MN: Bir qrup hərbi qulluqçunun qar uçqunu altında qalması barədə məlumatlar yalandır
Ana Sayfa > Karusel / Qarabağ > MN: Bir qrup hərbi qulluqçunun qar uçqunu altında qalması barədə məlumatlar yalandır

MN: Bir qrup hərbi qulluqçunun qar uçqunu altında qalması barədə məlumatlar yalandır


5-01-2022, 20:15. Yazar: Admin

 

MN: Bir qrup hərbi qulluqçunun qar uçqunu altında qalması barədə məlumatlar yalandır

Müdafiə Nazirliyi sosial şəbəkədə yayılan məlumatlara münasibət bildirib.

Nazirlikdən Qarabaginfo.az-a verilən məlumata görə, bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusunun guya qar uçqunu altında qalması nəticəsində xəsarət alması barədə məlumatlar yayılıb.

"Bildiririk ki, xəbər yalandır və həqiqəti əks etdirmir. KİV nümayəndələrinə bir daha müraciət edərək rəsmi təsdiqini tapmayan məlumatları yaymamağı tövsiyə edirik", - Nazirlik qeyd edib.


Geri dön