Ana Sayfa > Karusel / Gündəm > Qazaxıstan Prezidenti təhlükəsizlik qüvvələrinə təşəkkür edib

Qazaxıstan Prezidenti təhlükəsizlik qüvvələrinə təşəkkür edib


5-01-2022, 18:29. Yazar: Admin

Kasım-Jomart Tokayev

“Almatıda iğtişaş iştirakçıları hərbçiləri döyüb, alçaldıb, çılpaq halda küçələrlə aparıb, qadınlara hücum edib və mağazaları qarət edib”.

Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev televiziya vasitəsilə xalqa müraciətində söyləyib. O, etirazçıların Almatıda yaşayan bütün sakinlərin təhlükəsizliyinə təhdid olduqlarını söyləyib.

Eyni zamanda Tokayev polis və hərbi qulluqçulara təşəkkür edib. O, iğtişaşçıların əsas zərbəsini hüquq mühafizə orqanlarının öz üzərinə götürdüyünü, onlar arasında ölənlərin və yaralananların olduğunu qeyd edib.

Qazaxıstan Prezidenti etirazçılara sərt cavab veriləcəyini də çıxışında vurğulayıb.


Geri dön