Ana Sayfa > Karusel / Siyasət > Kreml: Qazaxıstan Rusiyadan iğtişaşlara görə kömək istəməyib

Kreml: Qazaxıstan Rusiyadan iğtişaşlara görə kömək istəməyib


5-01-2022, 17:53. Yazar: Admin

Dmitri Peskov

 

Kremlin mətbuat katibi Dmitri Peskov Qazaxıstanın etiraz aksiyaları ilə bağlı Rusiyadan kömək tələb etməsi məsələsinə münasibət bildirib.

Qarabaginfo.az-ın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, Kremlin sözçüsü bu barədə ona ünvanlanmış suala mənfi cavab verib.

“Xeyr. Biz əminik ki, qazaxıstanlı dostlarımız öz daxili problemlərini müstəqil şəkildə həll edə bilərlər”, - D. Peskov vurğulayıb.


Geri dön