Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > “Neftçi” Eddi İsrafilovla müqaviləni rəsmiləşdirib
Ana Sayfa > Karusel / Gündəm > “Neftçi” Eddi İsrafilovla müqaviləni rəsmiləşdirib

“Neftçi” Eddi İsrafilovla müqaviləni rəsmiləşdirib


5-01-2022, 15:57. Yazar: Admin

“Neftçi” Eddi İsrafilovla müqaviləni rəsmiləşdirib

“Neftçi” yeni transferi Eddi İsrafilovla münasibətləri rəsmiləşdirib.

Qarabaginfo.az saytının məlumatına görə, 30 yaşlı yarımmüdafiəçinin yeni komandası ilə müqaviləsinin detalları müəyyənləşib.

 

Paytaxt təmsilçisinin qış fasiləsində ikinci transferi olan milli komandamızın üzvü 2,5 illik sözləşməyə qol çəkib. O, son çempionun heyətində 14 nömrəli formanı geyinəcək.

Eddi İsrafilov İspaniyanın “Mursiya” (2011-2014), “Qranada” (2014-2015), “Eybar” (2015-2016), “Kordoba” (2016), “Kadiz” (2016-2017), “Ximnastik” (2017-2018), “Alkorkon” (2018-2019) və “Albasete” (2019-2021) klublarında çıxış edib. 2016-cı ildən Azərbaycan millisinə dəvət olunan futbolçu 13 rəsmi oyunda meydana çıxıb.

Qeyd edək ki, “Neftçi” Eddidən əvvəl “Keşlə”nin 27 yaşlı müdafiəçisi Azər Salahlını transfer edib.


Geri dön