Ana Sayfa > Karusel / Gündəm > Azad edilmiş ərazilərdə ötən ay 108 mina aşkarlanıb

Azad edilmiş ərazilərdə ötən ay 108 mina aşkarlanıb


5-01-2022, 15:43. Yazar: Admin

Füzulidə 15 mina aşkarlanıb

ANAMA işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatlar barədə aylıq məlumat açıqlayıb.

ANAMA-dan Qarabaginfo.az-a bildirilib ki, dekabrın 1-dən 30-na qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 16 piyada əleyhinə mina, 92 tank əleyhinə mina və 555 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 419.2 hektar ərazi mina və PHS-lərdən təmizlənib.


Geri dön