Ana Sayfa > Karusel / Gündəm > Vətən müharibəsi zamanı xəstəxanada unudulan çantanın sahibi axtarılır - FOTO

Vətən müharibəsi zamanı xəstəxanada unudulan çantanın sahibi axtarılır - FOTO


5-01-2022, 15:15. Yazar: Admin

Vətən müharibəsi zamanı xəstəxanada unudulan çantanın sahibi axtarılır - FOTO

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında (RMX) yaralı döyüşçüləri ziyarət edənlərdən birinin burada unutduğu çantanın sahibi hələ də axtarılır.

Qarabaginfo.az-ın Muğan bürosunun məlumatına görə, Vətən müharibəsi zamanı hərbi xəstəxanaya çevrilən Biləsuvar RMX-da yaralı döyüçşçüləri ziyarət edənlərdən biri burada çantasını unudub.

Xəstəxanadan bildirilib ki, çanta yaralı döyüşçülərdən birinin yanına gətirilən övladına aiddir: "Çantanın içində uşaq paltarları var".

Qeyd edək ki, 44 günlük Vətən müharibəsi zamanı Biləsuvar Rayon Mərkəzi Xəstəxanası hərbi xəstəxanaya çevrilib.

Burada yüzlərlə yaralı döyüşçülərə xidmət göstərilib.


Geri dön