Ana Sayfa > Karusel / Gündəm > Səfirlik: "Qazaxıstandakı iğtişaşlarda Azərbaycan vətəndaşlarına ziyan dəyməyib"

Səfirlik: "Qazaxıstandakı iğtişaşlarda Azərbaycan vətəndaşlarına ziyan dəyməyib"


5-01-2022, 15:06. Yazar: Admin

 


Səfirlik: Qazaxıstandakı iğtişaşlarda Azərbaycan vətəndaşlarına ziyan dəyməyib

"Qazaxıstandakı etiraz aksiyaları zamanı Azərbaycan vətəndaşlarına ziyan dəyməsi barədə hər hansı məlumat gəlməyib".

Bu barədə Qarabaginfo.az-a Qazaxstranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, hazırda Almatı, Aktau, Aktoba şəhərlərində vəziyyətin hələ də gərgin olduğu, paytaxt Nur-Sultan şəhərində isə nümayiş və mitinq keçirilmədiyi, vəziyyətin sabit olduğu diqqətə çatdırılıb.

Səfirlik həmçinin Qazaxıstanda yaşayan Azərbaycan vətəndaşlarına izdiham toplandığı yerlərdən uzaq durmağı, evdən çıxmamağı, lazımi təhlükəsizlik tədbirlərinə əməl etməyi də tövsiyə edib.

Bununla yanaşı, səfirlik mövcud vəziyyətin Qazaxıstandakı azərbaycanlı diaspor rəhbərləri ilə müzakirə etdiklərini bildirib.


Geri dön