Ana Sayfa > Karusel / Gündəm > Türkiyə XİN Qazaxıstanla bağlı bəyanat verdi
Türkiyə XİN Qazaxıstanla bağlı bəyanat verdi5-01-2022, 15:04. Yazar: Admin |
"Türkiyə Qazaxıstanda baş verənləri yaxından izləyir və böhranın aradan qaldırılacağına əmindir". Qarabaginfo.az xəbər verir ki, bu, Türkiyə Xarici İşlər Nazirliyinin bu gün yaydığı bəyanatda deyilir. Bəyanatda qeyd olunur: "2022-ci il yanvarın 2-3-də Qazaxıstanda başlayan və bu səhər hökumətin istefası ilə başa çatan etiraz aksiyalarını diqqətlə izləyirik. Biz dost Qazaxıstanın sabitliyinə böyük əhəmiyyət veririk. Ümidimiz qardaş Qazaxıstanın sülh və əmin-amanlığınadır. Tam əminik ki, Qazaxıstan rəhbərliyi bu böhranı aradan qaldıracaq. Biz Qazaxıstan xalqının sağlam düşüncəsinə güvənirik və ümid edirik ki, vəziyyət yaxın gələcəkdə normallaşacaq”. Daha sonra bəyanatda qeyd olunur: “Təhlükəsizlik qüvvələri də daxil olmaqla, yaralanan qazax qardaşlarımıza tezliklə şəfa diləyirik”. Geri dön |