Samux rayonunda 15 yaşlı qız qaçırılıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə məlumatı Samux rayonu Qarayeri qəsəbə 1 saylı məktəb-liseyin müəllimi Gülnarə Əmiraslanova sosial şəbəkədə ictimailəşdirib.
“Qız 10-cu sinif şagirdidir. 15 yaşı var. Bayram günü nişan olub, sonra da qaçırılıb. Dərsə gəlməyib deyə məlumat bilmişik və bu işlə də məşguluq. Aidiyyatı qurumlara məlumat verilib”,-deyə G.Əmiraslanova bildirib.
O, faktı erkən nikah kimi təqdim edib.