Ana Sayfa > Karusel / Dünya > Yens Stoltenberq Ukrayna xarici işlər naziri ilə görüşəcək
Yens Stoltenberq Ukrayna xarici işlər naziri ilə görüşəcək5-01-2022, 13:41. Yazar: Admin |
NATO Baş katibi Yens Stoltenberq Ukrayna xarici işlər naziri Dmitri Kuleba ilə görüşəcək. Qarabaginfo.az xəbər verir ki, bu barədə NATO Baş katibinin sözçüsü Oana Luncesku məlumat yayıb. O bildirib ki, Yens Stoltenberq yanvarın 10-da NATO-nun Baş Qərargahında Ukrayna XİN rəhbərini qəbul edəcək. Görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək. Nazir Kuleba NATO baş katibinin sədrliyi ilə keçirilən NATO-Ukrayna Komissiyasının (NUC) iclasında iştirak edəcək. Geri dön |