Ana Sayfa > Karusel / Gündəm > Şuşada məscid tikintisi ilə bağlı 6 ədəd beşmərtəbəli bina söküləcək

Şuşada məscid tikintisi ilə bağlı 6 ədəd beşmərtəbəli bina söküləcək


5-01-2022, 12:28. Yazar: Admin

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi yaradılıb - VİDEO - YENİLƏNİB

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Şuşa şəhərində yeni məscid kompleksinin tikintisi ilə əlaqədar 6 ədəd beşmərtəbəli binanın, “Parlament” binasının və mədəniyyət evinin sökülməsi, ərazinin tikintiyə hazırlanması və abadlıq işlərinin görülməsi (1), eləcə də şəhərdəki mədəniyyət obyektlərində ilkin təmir-bərpa işlərinin görülməsi (2) ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.

Qarabaginfo.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderlərin qalibi müvafiq olaraq “Uni Construction” və “Terrastruc” MMC-lərdir.

Qalib şirkətlərə müvafiq olaraq 2,074 milyon manat və 0,299 milyon manat, ümumilikdə isə 2,373 milyon manat ödəniləcək.


Geri dön