Ana Sayfa > Karusel / Kriminal > BDU-nun tələbəsi atasının mağazasının qarşısında öldürüldü

BDU-nun tələbəsi atasının mağazasının qarşısında öldürüldü


13-02-2019, 10:25. Yazar: Admin

Şirvan rayonunda qətl hadisəsi törədilib.

“Report”un yerli bürosunun verdiyi məlumata görə, hadisə Heydər Əliyev prospektində baş verib.

Belə ki, 2001-ci il təvəllüdlü Fətullayev Rəşad Rauf oğlu atasının çalışdığı mağazanın qarşısında 2001-ci il təvəllüdlü Adıgözəlov Amil Mahir oğlu tərəfindən bıçaqlanıb. R.Fətullayev aldığı xəsarətdən hadisə yerində ölüb. Qətli törədən şəxs ərazidən qaçıb.

Qeyd edək ki, R.Fətullayev BDU-nun tələbəsi idi.

Faktla bağlı araşdırma aparılır.


Geri dön