Ana Sayfa > Karusel / Siyasət > MSK partiyaların illik maliyyə hesabatlarını qəbul etməyə başlayıb
MSK partiyaların illik maliyyə hesabatlarını qəbul etməyə başlayıb5-01-2022, 10:01. Yazar: Admin |
![]() Mərkəzi Seçki Komissiyası (MSK) siyasi partiyaların 2021-ci il üzrə maliyyə hesabatlarını qəbul etməyə başlayıb. Qarabaginfo.az xəbər verir ki, qanunvericiliyə əsasən, partiyalar yanvarın 1-dən etibarən illik hesabatlarını komissiyaya təqdim etməlidirlər. Yanvarın 1-4 ölkədə Yeni il bayramı tətili olduğuna görə hesabatların qəbulu bu gündən - yanvarın 5-dən başlayıb. Siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə aprelin 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidir. MSK isə hesabat verməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir. Geri dön |