Ana Sayfa > Karusel / Siyasət >   Britaniyadan İranla bağlı xəbərdarlıq: Vaxt daralır!

  Britaniyadan İranla bağlı xəbərdarlıq: Vaxt daralır!


5-01-2022, 07:08. Yazar: Admin

Böyük Britaniyanın Baş naziri Boris Consonla İsrail Baş naziri Naftali Bennett arasında telefon danışığı baş tutub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Consonun ofisi məlumat yayıb.

Tərəflər azad ticarət sazişi və COVİD-19-un Omikron ştammı ilə mübarizəni, həmçinin Vyanada İranın nüvə proqramı ilə bağlı beynəlxalq danışıqları müzakirə ediblər.

Conson İranın nüvə proqramı ilə bağlı razılığa gəlmək üçün vaxtın daraldığını vurğulayıb.


Geri dön