Ana Sayfa > Karusel / Siyasət > Aİ-nin ali nümayəndəsi Stoltenberqlə Rusiya-NATO dialoqunu müzakirə edib
Aİ-nin ali nümayəndəsi Stoltenberqlə Rusiya-NATO dialoqunu müzakirə edib5-01-2022, 07:06. Yazar: Admin |
Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel NATO-nun Baş katibi Yens Stoltenberqlə yanvarın 12-nə planlaşdırılan NATO-Rusiya Şurasının iclasına hazırlığı müzakirə edib. Qarabaginfo.az xəbər verir ki, bu barədə Aİ Xarici İşlər Nazirliyinin bəyanatında yer alıb. Borrell vurğulayıb ki, Avropada təhlükəsizliklə bağlı istənilən müzakirə ATƏT və BMT çərçivəsində müəyyən edilmiş öhdəlik və vəzifələrə əsaslanmalıdır. Xatırladaq ki, Rusiya tərəfi ABŞ və NATO-ya bir sıra təkliflərin olduğunu sənədlər layihəsi təqdim edib. Sənəddə NATO-nun şərqə doğru genişlənməməsinə, alyansın postsovet ölkələri ərazisində hərbi infrastruktur yerləşdirməməsi və postsovet ölkələrini təşkilata cəlb etməməsinə dair Rusiyaya hüquqi zəmanətlərin verilməsi ilə bağlı təkliflər yer alıb. Yanvarın 10-da Cenevrədə Rusiya ilə ABŞ arasında danışıqların keçirilməsi planlaşdırılır. Rusiyanın nümayəndə heyətinə xarici işlər nazirinin müavini Sergey Ryabkov, ABŞ-ın nümayəndə heyətinə isə dövlət katibinin birinci müavini Vendi Şerman başçılıq edəcəklər. Güman edilir ki, Rusiyanın təklifləri yanvarın 12-də Rusiya-NATO Şurasının xüsusi olaraq Brüsseldə çağırılan iclasında və yanvarın 13-də ATƏT-in Vyanadakı iclasında müzakirə olunacaq.(Report) Geri dön |