Ana Sayfa > Karusel / Region > Rusiya-NATO görüşündə müzakirə ediləcək mövzular açıqlanıb
Rusiya-NATO görüşündə müzakirə ediləcək mövzular açıqlanıb5-01-2022, 00:02. Yazar: Admin |
Rusiya-NATO görüşündə müzakirə ediləcək mövzular açıqlanıb. Qarabaginfo.az xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq tviter səhifəsində yazıb. Müzakirə ediləcək mövzulara Avropada hərbi təhlükəsizlik məsələləri, həmçinin risklərin azaldılması və hərbi şəffaflıq ilə bağlı tədbirlər daxildir. Ukraynada və ətrafındakı vəziyyət xüsusi olaraq müzakirəyə çıxarılacaq. Yanvarın 1-də ABŞ dövlət katibi Entoni Blinken NATO-nun baş katibi Yens Stoltenberqlə telefon danışığında Rusiya ilə gözlənilən təmasları müzakirə edib. Məlumata görə, NATO Rusiya ilə dialoqa hazırdır və Ukrayna məsələsində həmrəydir. Qeyd edək ki, yanvarın 12-də Cenevrədə Rusiya-NATO Şurasının iclası baş tutacaq. Geri dön |